Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.
Trend xəbər verir ki, bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində daha 4 nəfər məhkuma amnistiya qərarı tətbiq olunub.
Bakıdakı 15 saylı Cəzaçəkmə müəssisəsindən 4 nəfər azadlığsa buraxılıb. Bundan sonra 7 saylı Cəzaçəkmə müəssisəsindən də daha 3 nəfər məhkum azadlığa buraxılacaq.
Qeyd edək ki, bu saatadək Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə amnistiya qərarı 257 nəfər məhkuma şamil edilərək, cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. Amnistiya qərarının icrası gün əzrində Penitensiar xidmətin digər cəzaçəkmə müəssisələrində də davam etdiriləcək.
Penitensiar xidmətin Qeydiyyat şöbəsinin rəisi, ədliyyə polkoviniki Rafiq Ramazanovun sözlərinə görə, bu günədək azadlığa buraxılan məhkumlar arasında 1 yetkinlik yaşına çatmayan və 2 qadın olub:
"Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə 9 amnistiya aktı qəbul olunub və onlar 90 min nəfərdən artıq edək ki, şəxsə şamil edilmişdi. Bu sayca 10-cu amnistiya aktıdır. Bu qərraın icrası tam başa çatdıqdan sonra amnistiyanın şamil olunduğu insanların sayı 100 min nəfəri ötəcək".