Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda istedadlı gənclərlə bağlı elektron məlumat bazası qısa müddət ərzində elm ictimaiyyətə təqdim olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, artıq baza formalaşıb. Bazaya daxil ediləcək məlumatların müxtəlif elmi təşkilatlardan alınması prosesi yekunlaşmaq üzrədir.
Nazir onu da əlavə edib ki, istedadlı gənclərə Prezident mükafatının verilməsi ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.