...

Bakıda "21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 21 May 2013 16:44 (UTC +04:00)
Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi "21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirilib.
Bakıda "21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi "21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycandakı müxtəlif Avropa və Asiya ölkələrinin səfirləri və səfirliklərin nümayəndələri, Bakının digər ali məktəbləri- Azərbaycan Diplomatiya Akademiyası (ADA) və Bakı Slavyan Universitetindən (BSU) qonaqlar iştirak etdilər.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ölkədəki mədəni müxtəlifliyin mövcudluğunun beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını, gənclərin hər bir dövlətin mədəniyyəti ilə yaxından tanış olduqlarını söylədi. Rektor bu istiqamətdə ADU-da bir çox mədəniyyət mərkəzilərinin uğurlu fəaliyyətlərindən danışdı. Səməd Seyidov bildirdi ki, ADU mədəni müxtəlifliyi özündə birləşdirən bir mərkəzdir. Rəhbərlik etdiyi universitetin fəaliyyətindən danışan Səməd Seyidov bildirdi ki, Dillər Universitetində hələ fəaliyyətinin başlanğıc mərhələsində yalnız ingilis, fransız və alman dillərinin tədris olunduğu halda, indiki dövrdə 15-ə yaxın ölkənin dilləri tələbələrə öyrədilir.

Daha sonra BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk çıxış edərək bu günün tarixindən və vacibliyindən danışdi. O bildirdi ki, mədəni müxtəliflik əməkdaşlığı daha da gücləndirir və mövcud olan stereotiplərin aradan qaldırılmasında kömək edir. O, BMT-nin bu yöndə gördüyü işlərdən, keçirilən bir sıra tədbirlərdən söz açdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti