...

Respublika Günü Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 27 May 2013 12:47 (UTC +04:00)
Yaxın 2-3 gün ərzində Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Respublika Günü Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2-3 gün ərzində Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında mayın 28-də- Respublika Günü havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısına doğru mülayimləşəcək.

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında mayın 28-də şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Məlumata görə, yaxın 3 gün ərzində Bakıda xəzri küləyinin üstünlüyü və rütubətliliyin yüksəkliyi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti