Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Silahlı Qüvvələri (HQ) tezliklə yerli istehsallı ilk ATAK döyüş vertolyotunu əldə edəcək. Trend-in bazar ertəsi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Müdafiə Sənayesi Nazirliyinin müşaviri Murad Bayar bildirib.
Onun sözlərinə görə, ATAK vertolyotlarının yaradılması yekunlaşmaq üzrədir.
Bayar deyib ki, hazırda Türkiyədə müdafiə məhsullarının istehsalı olduqca yaxşı səviyyədədir: "Türkiyə müdafiə sənayesi məhsullarını Qətər, Pakistan, Malayziya, Misir, Gürcüstan və Türkmənistana ixrac edir".