...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Respublika Günü qeyd olunub

Cəmiyyət Materials 27 May 2013 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucov çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şəraitdən söz açan Novruzəli Orucov 28 May tarixinin hər bir azərbaycanlı üçün qürur günü olduğunu vurğulayıb.

Orucov qeyd edib ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da çətindir. Yaxın keçmişimizdə baş verən hadisələr də bu misalın həqiqət olduğunu bir daha sübut edib. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan onu itirmək təhlükəsi ilə üzləşib. Xidmət rəisinin müavini Azərbaycanın bu təhlükədən məhz ümummilli lider Heydər Əliyevin üzaqgörənliyi sayəsində uzaqlaşa bildiyini vurğulayıb. Bu gün Azərbaycanın müstəqilliyinin möhkəm təməllər üzərində dayandığını deyən general-mayor Orucov hər bir kəsin dövlətimizin daha da qüdrətlənməsi üçün çalışmalı olduğunu bildirib.

Tədbir daha sonra "Cümhuriyyət tarixi" sənədli filminin nümayişi ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti