...

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlanıb

Cəmiyyət Materials 28 May 2013 20:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlanıb.
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlanıb

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlanıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən Forumun proqramını təqdim edirik.

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun PROQRAMI

28 may-1 iyun 2013

1. Dünya xalqlarının etnik və ənənəvi musiqisinə dair filmlərin nümayiş olunacağı IMZ World Music Film Festivalı.
Dənizkənarı Milli Park - Kukla teatrının arxası, saat 21:00-23:30.

29 may 2013

2. Tolerantlıq Mərkəzinin təqdimat mərasimi.
Bakı Biznes Mərkəzi, saat 13:00-16:00.
3. Mətbuat konfransı.
JW Marriott Absheron Baku Hoteli Xocasən zalı, saat 17:00-18:00.
4. BMT-nin Ümumdünya Müxtəliflik Gününün qeyd olunması şərəfinə "Mədəni müxtəliflik üçün bir şey et" qlobal kampaniyasına həsr olunan mərasim. Dənizkənarı Milli Park - Qız Qalası ilə üzbəüz, saat 20:30-22:00.

30 may 2013

5. Forumun təntənəli açılış mərasimi (xüsusi dəvət ilə).
"Dünyanın gələcəyini birgə necə quraq?"
Heydər Əliyev Mərkəzinin əsas zalı, saat 10:30-12:00.
6. Plenar Sessiya 1:"Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək".
JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 15:00-16:30.
7. İşçi Sessiya 1: "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər".
JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 15:00- 6:30.
8. Plenar Sessiya 2: "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibritləşmə".
JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 16:30-18:00.
9. İşçi Sessiya 2: "Qərb-Müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa".
JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 16:30-18:00.
10. İşçi Sessiya 3: "21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması".
JW Marriott Absheron Baku Oteli, Hövsan zalı, saat 16:30-18:00.

31 may 3013

11. BMT-nin Sivilizasiyalar Alyansının "İnkişaf etməkdə olan Liderlər" proqramının 1-ci Məzunlar Sammiti.
Park İnn Oteli, Dan Ulduzu zalı, saat 09:00-16:30.
12. Ümumdünya Forumu 1-ci Nazirlər Görüşü.
1-ci sessiya: "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?"
2-ci sessiya: "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm".
JW Marriott Absheron Baku Oteli, Şərq Zalı 2, saat 10:00-13:00.
13. İşçi Sessiya 4: "Turizm-insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı rolunda".
JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 09:30-11:00.
14. İşçi Sessiya 5: "21-ci əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması".
JW Marriott Absheron Baku Oteli, Hövsan zalı, saat 09:30-11:00.
15. İşçi Sessiya 6: "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu".
JW Marriott Absheron Baku Oteli, Xırdalan zalı, saat 09:30-11:00.
16. İşçi Sessiya 7: "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru".
JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 11:30-13:00.
17. İşçi Sessiya 8: "Mədəniyyətlərarası dialoq: Etiqad və Elm".
JW Marriott Absheron Baku Oteli, Hövsan zalı, saat 11:30-13:00.
18. İşçi Sessiya 9: "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi".
JW Marriott Absheron Baku Oteli, Əmircan zalı, saat 11:30-13:00.
19. Plenar Sessiya 3: "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?".
JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 14:30-16:00.
20. Tarixçilər və elm adamlarından ibarət Qlobal Şəbəkənin görüşü.
JW Marriott Absheron Baku Oteli, Əmircan zalı, saat 14:30-16:00.
21. Bağlanış mərasimi.
JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 16:30-17:30.
22. Mətbuat konfransı.
JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 17:30-18:00.
23. "Qobustan kölgələri" baletinin nümayişi.
Qobustan Milli Tarixi-Bədii Qoruğu, saat 20:30-22:00.

1 iyun 2013

24. "Czech Pomegranate" ("Çexiya süleyman daşı") adlı sərginin açılışı.
Milli Azərbaycan Tarixi Muzeyi, saat 10:00.
25. Butoh rəqs ustası Ko Murobushinin "Atəş" rəqs ifasının nümayişi.
Yanardağ, saat 22:00.

Xəbər lenti

Xəbər lenti