Azərbaycan, Bakı, 29 may /Trend/
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri texniki kömək göstərilməsi üzrə təcrübə mübadiləsi və istiqamətlərin müəyyənləşdirilməsi üçün Qırğızıstana gəlib.
Trend-in çərşənbə günü Qırğızıstan KİV-ə istinadən verdiyi məlumata görə, Azərbaycanın nümayəndə heyəti mayın 28-30-da Qırğızıstan FHN-nin struktur bölmələrinə baş çəkəcək.
Səfərin yekunu olaraq, birgə sənəd hazırlanacaq, sənəddə əməkdaşlıq üçün bütün maraqlı məqamlar əks olunacaq.