...

Əbülfəs Qarayev: Mehmanxanalara ulduzların verilməsi məcburiləşdiriləcək

Cəmiyyət Materials 29 May 2013 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara ulduzların verilməsi prosedurunun məcburiləşdirilməsi ilə bağlı təklifləri müvafiq qurumlara təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazirin sözlərinə görə, hazırda mehmanxanalara ulduzların verilməsi proseduru könüllüdür, onun məcburi verilməsi ilə bağlı qanunvericilikdə müddəalar yoxdur.

Qarayev bildirib ki, artıq tarixi abidələr, muzeylərlə tanışlıq məqsədilə elektron bələdçilərin tətbiqinə başlanılıb. Hazırda İncəsənət muzeyində, Qobustan qoruğunda elektron bələdçilər fəaliyyət göstərir. Bu təcrübənin getdikcə yayılacağını deyən nazir bildirib ki, elektron bələdçilərin fəaliyyəti üçün müvafiq avadanlıqlar alınmalı, proqramlar müxtəlif dillərə tərcümə edilməlidir. Bunun üçün də müəyyən qədər vaxt lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti