Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın ali təhsil müəssisələrində keçirilən imtahanlarda şəffaflığın təmin olunması üçün artıq müvafiq əmr imzalanıb. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələlərə dair müvafiq göstərişlər verilib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, Azərbaycanın hər bir təhsil müəssisəsi, tədris ocağında tədris prosesi, imtahanlar, müəllimlər, professorlarla şagird və tələbələr arasında olan bütün münasibətlər Azərbaycan qanunvericiliyinin tələb etdiyi formaya gətiriləcək.
Onun sözlərinə görə, imtahan sessiyasının keçirilməsinə dair müvafiq tədbirlərin görülməsi, proseslərin şəffaf şəkildə həyata keçirilməsi və imtahan sessiyaları zamanı baş verə bilən çətinliklər və yaxud pozuntular olarsa, Azərbaycanın bütün təhsil müəssisələrinin şagird və tələbələri Təhsil Nazirliyinin həm "Qaynar xətti"nə, həm də Təhsil Nazirliyinə birbaşa olaraq müraciət edə bilərlər: "Təbii olaraq, biz bu kimi məsələləri ciddi nəzarətimizdə saxlayacağıq, həm bu il, həm də, əmin ola bilərsiniz ki, gələcəkdə də".
Təhsil naziri Azərbaycanın ali təhsil müəssisələrində imtahanlarda şəffaflığın təmin olunması üçün əmr izmalayıb
Azərbaycanın ali təhsil müəssisələrində keçirilən imtahanlarda şəffaflığın təmin olunması üçün artıq müvafiq əmr imzalanıb. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələlərə dair müvafiq göstərişlər verilib.
