...

Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün proqram seçiminə başlanılır

Cəmiyyət Materials 3 İyun 2013 09:32 (UTC +04:00)
Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına 2013-2014-cü tədris ili üçün bu il martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar üçün proqram seçiminə başlanılır.
Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün proqram seçiminə başlanılır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına 2013-2014-cü tədris ili üçün bu il martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar üçün proqram seçiminə başlanılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, qəbul imtahanının birinci mərhələsinin nəticələri əsasında müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Bunun üçün bakalavrlar iyunun 3-dən 11-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti