...

Azərbaycan Diplomatik Akademiyası və Maastrixt Menecment Məktəbi EMBA proqramına tələbə qəbulunu davam etdirir

Cəmiyyət Materials 4 İyun 2013 10:00 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) və Maastrixt Menecment Məktəbi (MSM) peşəkarlar üçün biznesin idarə olunması üzrə beynəlxalq səviyyəli Ekzekyutiv MBA (EMBA) proqramına tələbə qəbulunu davam etdirir.
Azərbaycan Diplomatik Akademiyası və Maastrixt Menecment Məktəbi EMBA proqramına tələbə qəbulunu davam etdirir

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) və Maastrixt Menecment Məktəbi (MSM) peşəkarlar üçün biznesin idarə olunması üzrə beynəlxalq səviyyəli Ekzekyutiv MBA (EMBA) proqramına tələbə qəbulunu davam etdirir.

Daim inkişaf etməkdə olan biznes mühitində rəqabətə davam gətirmək üçün yeni bilik və bacarıqların əldə olunması zərurətə çevrilmişdir. Bu məqsədlə ADA MSM ilə əməkdaşlıqda EMBA proqramı vasitəsilə peşəkarlara iş fəaliyyətini dayandırmadan beynəlxalq səviyyədə tanınmış professorlar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilən biznesin idarə olunması üzrə magistr təhsili almaq imkanını verir.

EMBA proqramı beynəlxalq səviyyədə akreditasiya olunmuş təhsil proqramıdır. İştirakçılar EMBA proqramından yararlanaraq Enerji və Ətraf Mühit və Beynəlxalq Biznes sahələri üzrə ixtisaslaşma seçimini əldə edirlər. Tədris proqramı iki il müddətində həyata keçirilən yeddi ədəd ongünlük moduldan ibarətdir. Proqramın sonunda iştirakçılar əldə etdikləri bilikləri peşəkar səviyyədə tətbiq etmək üçün Fəal Öyrənmə Layihəsində iştirak edirlər.

Proqramda iştirak etmək üçün son müraciət tarixi 15 iyun, 2013-cü ildir.

Proqramın tələbləri və şərtləri barədə daha ətraflı məlumat əldə etmək üçün ADA-nın Tələbə Qəbulu Şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqə üçün məlumat

E-mail: [email protected]
Tel: (+994 12) 437 08 30/ 4373235

Məqalədə:
Xəbər lenti

Xəbər lenti