...

Yunanıstanda işsizlik rekord qırdı

Cəmiyyət Materials 8 İyun 2013 21:57 (UTC +04:00)
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, iqtisadi böhranla mübarizə aparan Yunanıstanda işsizlik səviyyəsi mart ayında yeni bir rekord qıraraq 26,8 faizə yüksəlib.
Yunanıstanda işsizlik rekord qırdı

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Yunanıstanda işsizliyin səviyyəsi rekord qırıb.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, iqtisadi böhranla mübarizə aparan Yunanıstanda işsizlik səviyyəsi mart ayında yeni bir rekord qıraraq 26,8 faizə yüksəlib.

Yunanıstan Statistika Təşkilatının məlumatına görə, ötən ilin mart ayında bu göstərici 22,2 faiz təşkil edib. Beləliklə, bir il ərzində 215 735 nəfərin işini itirməsi ilə ölkədə işsizlərin sayı 1 309 071-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti