...

Mayda Azərbaycanda 10 ədəd tank əleyhinə mina tapılıb

Cəmiyyət Materials 10 İyun 2013 10:13 (UTC +04:00)
Azərbaycanda may ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.
Mayda Azərbaycanda 10 ədəd tank əleyhinə mina tapılıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda may ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin mətbuat xidmətindən (ANAMA) Trend-ə verilən məlumata görə, bu ilin may ayı ərzində 3,015,812 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Aparılan işlər zamanı 1,634 PHS və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə indiyədək ANAMA-nın mütəxəssisləri tərəfindən cəmi 226,338,258 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 682,323 ədəddir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

ANAMA-nın Xüsusi Əməliyyat Qrupu tərəfindən Xızı rayonunda yerləşən Sitalçay keçmiş hərbi poliqonunda da təmizləmə əməliyyatları davam etdirilir. İndiyədək 237,400 kvadrat metr ərazi təmizlənib və 70 ədəd PHS tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti