...

Peugeot VW, Ford və Opel-dən öndədir (FOTO)

Cəmiyyət Materials 11 İyun 2013 10:00 (UTC +04:00)
208 heçbək və 2008 şəhər krossoveri ilə Peugeot Avropa B seqmentini ələ keçirir.
Peugeot VW, Ford və Opel-dən öndədir (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

208 heçbək və 2008 şəhər krossoveri ilə Peugeot Avropa B seqmentini ələ keçirir.

29 Avropa ölkəsini əhatə edən, bazarın 30%-ni təşkil edən bu seqmentdə 2012-ci ilin dekabrından fevral ayınadək "Peugeot 208" lider olub. Apreldə isə brend martda kiçik bir fərqlə itirdiyi üstünlüyü geri alıb - 25 600 ədəd satışla VW POLO, Ford FIESTA, Renault CLIO IV və Opel CORSA-nın durduğu sıraya başçılıq edib.

Daha 2 versiyada - 208 XY və 208 GTi ilə buraxılması mayda sifarişlərin daha da artmasına səbəb olub.

Buraxıldığı vaxtdan - 2012-ci ilin iyunundan bu il mayın sonunadək dünya üzrə 314 min Peugeot 208 modeli satılıb.

2008 modeli ilə Peugeot B seqmentinə uğurlu krossover bəxş edib. Nəticə də göz qabağında - ötən ay Avropaya təqdim edilmiş model 1 ayda 15400 ədəd satılıb.

2008 modeli ilə bağlı iddialı olan Peugeot 2015-ci ilin sonunadək 200000 ədəd satmağı hədəfləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti