...

Həftənin ilk iş günü hava yağmursuz olacaq

Cəmiyyət Materials 16 İyun 2013 16:09 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Həftənin ilk iş günü hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 21-23°, gündüz 33-35° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.

Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti olacaq. Bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti