...

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Türk Dünyası Birliyinin yaradılmasını təklif edir

Cəmiyyət Materials 17 İyun 2013 14:00 (UTC +04:00)
"Arzu edirik ki, çox qısa bir zamanda Türk Dünyası Birliyi yaradılsın. Türk dünyasının coğrafiyası 250 milyon insanı əhatə etdiyi halda, niyə Türk Dünyası Birliyi olmasın?" Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu deyib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Türk Dünyası Birliyinin yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Arzu edirik ki, çox qısa bir zamanda Türk Dünyası Birliyi yaradılsın. Türk dünyasının coğrafiyası 250 milyon insanı əhatə etdiyi halda, niyə Türk Dünyası Birliyi olmasın?" Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu deyib.

Onun sözlərinə görə, ortaq türk dilinin yaradılması türk dünyası birliyinin yaradılması istiqamətində başlanğıc təməl hesab oluna bilər.

S.Karakoyunlu bildirib ki, türk dünyası ölkələri arasında ortaq türk dilinin yaradılması istiqamətində çox gözəl və sevindirici işlər görülür: "İyunun 21-də Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycanın gündəmə gətirdiyi ortaq işlərə həsr olunan tədbir keçiriləcək və burada platforma təqdim ediləcək. Bu isə ortaq türk dünyası birliyinin yaradılması istiqamətində başlanğıc bir təməldir".

S.Karakoyunlu qeyd edib ki, Azərbaycanla Türkiyənin əlaqələrinə kimsə ziyan verə bilməz. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin sona qədər dostluqlarını davam etdirməsini arzulayırlar. S.Karakoyunlu əlavə edib ki, birlik olaraq hər vasitə ilə bu əlaqələrin daha da davam etməsinə çalışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti