...

Amerikalıların Obamaya inamı tükənir

Cəmiyyət Materials 18 İyun 2013 01:12 (UTC +04:00)
Amerikalıların Obamaya inamı tükənir. Trend RİA Novostiyə istinadən məlumat verir ki, bu haqda CNN telekanalı keçirdiyi sosioloji sorğunun nəticəsində bildirib.
Amerikalıların Obamaya inamı tükənir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Amerikalıların Obamaya inamı tükənir. Trend RİA Novostiyə istinadən məlumat verir ki, bu haqda CNN telekanalı keçirdiyi sosioloji sorğunun nəticəsində bildirib.

Məlumatda deyilir ki, amerikalıların 45 faizi Barak Obamanın işini təqdir edir. Bu isə son 19 ay ərzində ən aşağı göstərici sayılır.

Respondentlərin 54 faizi Obamaya inanmadığını söyləyib.

Sorğunun digər iştirakçıları isə cavab verməkdə çətinlik çəkib.

CNN bildirib ki, Obamaya olan inamın tükənməsinə son günlər ərzində xüsusi xidmət orqanlarının ABŞ vətəndaşlarını izləməsi faktları ətrafında yaranmış vəziyyət təsir edib.

Xəbər lenti

Xəbər lenti