...

Azərbaycanda özəl ali məktəblərdə “jurnalistika”ya tələbə qəbulunun bərpa olunub-olunmayacağına aydınlıq gətirilib

Cəmiyyət Materials 18 İyun 2013 10:34 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi gələcəkdə hər hansı özəl ali təhsil müəssisəsində “jurnalistika” ixtisası üzrə tələbə qəbulunun bərpa olunub-olunmayacağına aydınlıq gətirib.
Azərbaycanda özəl ali məktəblərdə “jurnalistika”ya tələbə qəbulunun bərpa olunub-olunmayacağına aydınlıq gətirilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi gələcəkdə hər hansı özəl ali təhsil müəssisəsində "jurnalistika" ixtisası üzrə tələbə qəbulunun bərpa olunub-olunmayacağına aydınlıq gətirib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, tədris ilinin əvvəlində hər bir ali təhsil müəssisəsi tələbə qəbulu planı ilə bağlı öz təkliflərini TN-ə təqdim edir. Bu zaman ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yeni açılan və ya yenidən bərpa olunan hər bir ixtisas üzrə maddi-texniki baza və kadr potensialı ilə bağlı məlumatları nazirliyə təqdim edilir. Həmin məlumatlar Təhsil Nazirliyində təhlil olunur, lazım gəldikdə yerində dəqiqləşmələr aparılır və sonunda təkliflərə müvafiq komissiyada baxılır və qərar qəbul olunur.

Qəbul olunmuş qərara və mövcud qaydalara əsasən, hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı təkliflər növbəti ilin yanvar ayının 1-nə qədər Nazirlər Kabinetinə təqdim olunur. Bu səbəbdən gələcəkdə hər hansı ali təhsil müəssisəsi tərəfindən "jurnalistika" ixtisası üzrə qəbul planının verilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər təqdim edilərsə və bu ixtisas üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradılarsa, onda həmin ixtisasa qəbul bərpa oluna bilər.

Qeyd edək ki, 2012-2013-cü il tədris ilindən özəl universitetlərin "jurnalistika" fakültələrinə tələbə qəbulu dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti