...

Dövlət-din münasibətləri ilə bağlı regional konfrans başa çatıb (FOTO)

Cəmiyyət Materials 21 İyun 2013 09:59 (UTC +04:00)
Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə keçirdiyi “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans öz işini başa çatdırıb.
Dövlət-din münasibətləri ilə bağlı regional konfrans başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə keçirdiyi "Dövlət-dinmünasibətləri və maarifləndirməişi" mövzusunda regional konfrans öz işini başa çatdırıb.

Komitədən Trend-ə verilən məlumata görə, konfransda "İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti" (Qurani-Kərim və hədislər işığında), "Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası", "Dini radikalizmlə mübarizədə nümunəvi təcrübə", "Vətənpərvərlik milli-mənəvi dəyər kimi" və s mövzularda məruzələr edilib.

Regional konfransın bağlanış mərasimində çıxış edən DQİDK sədr müavini Gündüz İsmayılov iki gün ərzində keçirilən plenar iclaslarda dinlənilən məruzələrin və aparılan müzakirələrin dini icmaların fəaliyyətinə müstəb təsir edəcəyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, bu cür konfranslar ölkəmizdə mövcud dini tolerantlıq mühitinin daha da yaxşılaşdırılması və radikalizmlə mübarizədə əsas vasitələrdən biridir. Eyni zamanda ənənəvi dindarlığın təbliği istiqamətində mühüm əhəmiyyət kəsb edir. İsmayılov dini icmaların cəmiyyətin aktiv təbəqəsi olduğunu diqqətə çatıdıraraq onları ölkəmizin inkişafı üçün fəaliyyətlərində Azərbaycanın parlaq gələcəyi üçün çalışmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti