...

Azərbaycanın Quba-Qusar bölgəsindəki çaylarda su sərfi 2 dəfə artıb

Cəmiyyət Materials 21 İyun 2013 17:15 (UTC +04:00)
Son günlər havaların yağışlı keçməsi nəticəsində Azərbaycanın Quba-Qusar bölgəsindəki çaylarda su sərfi 2 dəfə artıb.
Azərbaycanın Quba-Qusar bölgəsindəki çaylarda su sərfi 2 dəfə artıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

Son günlər havaların yağışlı keçməsi nəticəsində Azərbaycanın Quba-Qusar bölgəsindəki çaylarda su sərfi 2 dəfə artıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yağıntılı hava şəraiti, əsasən, bu bölgənin çaylarında hiss edilib; bölgədəki Qusarçay, Vəlvələçay, Qudyalçayda suyun səviyyəsi 1 metrədək artıb.

A.Verdiyev bildirib ki, ölkənin digər çaylarında sululuq normaya yaxın və normadan bir qədər aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti