...

30 nəfər əlil Latviyaya bərpa-müalicəsinə göndərilib

Cəmiyyət Materials 25 İyun 2013 12:10 (UTC +04:00)
24 iyun 2013-cü il tarixdə Respublikamızdan 30 nəfər əlil vətəndaş ilk dəfə olaraq Latviya Respublikasının Yurmala şəhərində yerləşən «Vaivari» sanatoriyasına 20 günlük bərpa-müalicəsinə göndərilib.

Azərbaycan, Bakı, 25 iyun /Trend/

24 iyun 2013-cü il tarixdə Respublikamızdan 30 nəfər əlil vətəndaş ilk dəfə olaraq Latviya Respublikasının Yurmala şəhərində yerləşən "Vaivari" sanatoriyasına 20 günlük bərpa-müalicəsinə göndərilib. Bu barədə Trend çərşənbə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb. Həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır.
Qeyd edək ki, bundan öncə əlilliyi olan şəxslərin Ukrayna və Bolqarıstanda da bərpa-müalicə kursu keçmələri təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti