...

Kərəm Həsənov Cəlilabadda 6 rayonun sakinlərini qəbul edib

Cəmiyyət Materials 29 İyun 2013 20:40 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabad rayonunda sakinlərlə görüşüb.
Kərəm Həsənov Cəlilabadda 6 rayonun sakinlərini qəbul edib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabad rayonunda sakinlərlə görüşüb.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, Komitə sədri Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən qəbulda Cəlilabadla yanaşı, ətraf rayonların sakinlərini, eləcə də Cəbrayıl rayonundan olan məcburi köçkünləri qəbul edib. Ümumilikdə 6 rayonun sakinlərinin iştirak etdiyi görüşdə 50-yə yaxın vətəndaşın müraciəti dinlənilib.

Qəbula gələn sakinlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, həmçinin Komitənin digər fəaliyyət istiqamətinə aid olan məsələlərə bağlı müraciət ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsində keçirilən regional qəbulda vətəndaşların problemlərinin bir çoxu yerindəcə həll olunub, digər müraciətlər isə həll edilməsi üçün qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti