Azərbaycan, Bakı, 3 iyul /Trend/
İyulun 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, bir sıra dağlıq rayonlarda isə dolu düşüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Məlumatda deyilir ki, düşən yağıntının miqdarı Oğuzda 75.0 mm (aylıq normanın 110 faizi), Gədəbəydə 22.0 mm, Şəkidə 14.0 mm, Daşkəsəndə 11.0 mm, Qəbələdə 10.0 mm təşkil edib, digər rayonlarda isə 0.4-8.0 mm olub.
Şimal-qərb küləynin sürəti Naftalan, Neftçala, Tovuz, Ağstafa, Biləsuvar, Ceyrançöl, Şəmkir, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-20 m/s təşkil etmiş, arabir 25 m/s-dək güclənib. "Neft Daşları" stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.0 metrə çatıb.
Respublikanın rayonlarında qeyri-sabit hava şəraiti iyulun 5-i gündüz saatlarınadək davam edəcək.