...

Əli Həsənov: Azərbaycan mediasının inkişafında yeni tendesiyalar müşahidə olunur (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 İyul 2013 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan mediasının inkişafında yeni tendesiyalar müşahidə olunur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, jurnalistlərin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir: "Qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, mətbuatın maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinə rəvac verəcək. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq".

Əli Həsənov həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı təşəbbüsün irəli sürülüb-sürülməməsi məsələsinə aydınlıq gətirib: "Bununla bağlı təşəbbüs yoxdur. Əgər belə bir təşəbbüs olarsa, buna baxıla bilər".

PA rəsmisi əlavə edib ki, bəzi jurnalistlərin, mətbu orqanların üzərində məhkəmə qərarları var. Bunu isə qurultayla əlaqələndirməyə ehtiyac yoxdur.

Ə.Həsənov bildirib ki, indiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub: "Arzu edək ki, həbsdə olan jurnalistlərin qapısı açıq olsun. Onlar həbsdən azad olunsunlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti