Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov vəzifəsindən azad edilib.
Təhsil nazirinin müavini Qulu Novruzov Trend-ə bildirib ki, nazirlikdəki vəzifəsindən azad edilməsi gələcək fəaliyyəti üçün növbəti bir addımdır.
Onun sözlərinə görə, bundan sonrakı fəaliyyətində də Heydər Əliyev siyasi kursuna sadiq qalacaq.
Q.Novruzov bundan sonra konkret hansı sahədə çalışacağını açıqlamayıb.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun müavinləri olan Elmar Qasımov, İradə Hüseynova və İsgəndər İsgəndərov 2011-ci ilin sentyabrında vəzifələrindən azad ediliblər.