...

Türkiyədə türk-erməni münasibətləri tarixinə dair məcmuə nəşr ediləcək

Cəmiyyət Materials 15 İyul 2013 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə türk-erməni münasibətləri tarixinə dair işlərin məcmuəsi nəşr ediləcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Tarix Qurumunun prezidenti Mehmet Metin Hülagü bildirib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinə həsr olunan məcmuəyə bir çox tarixçilərin həm daha əvvəl, həm də müasir dövrdə gördüyü işlər daxil ediləcək.

Hülagü bildirib: "Bu nəşrin köməyi ilə 1915-ci il hadisələri də daxil olmaqla bir çox tarixi hadisələrə aydınlıq gətiriləcək. Məcmuənin nəşr olunması ilə bağlı işlər gələn il başa çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti