...

AMEA-nın yataqxanasında yaşayan alimlər yeni binaya köçürüləcəklər

Cəmiyyət Materials 18 İyul 2013 13:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Yasamal raynunda Şərifzadə küçəsindəki yataqxanasında yaşayan alimlər onun yaxınlığında tikilən yeni binaya köçürüləcəklər.
AMEA-nın yataqxanasında yaşayan alimlər yeni binaya köçürüləcəklər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Yasamal raynunda Şərifzadə küçəsindəki yataqxanasında yaşayan alimlər onun yaxınlığında tikilən yeni binaya köçürüləcəklər.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib: "Burada bölgü AMEA-nın tam nəzarəti altında aparılacaq. Binada qalan mənzilərın verilməsi ilə tikinti şirkəti özü məşğul olacaq".

A.Əlizadə deyib ki, gənc alimlərin mənzillə təminatı üçün proqramlar hazırlanır.

O, gənc alimlərin ipoteka vasitəsilə mənzillə təminatı məsələsinin gündəmdə olduğunu dasöyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti