...

Suriyadan xam benzin daşıyan tankerlərin Türkiyəyə qaçırılmasının qarşısı alınıb

Cəmiyyət Materials 20 İyul 2013 20:49 (UTC +04:00)
Suriya hakimiyyəti ölkənin cənubundakı Deyr əz-Zor şəhərinin ərazisində Türkiyəyə qaçırılmasına cəhd edilən xeyli miqdarda xam benzinin müsadirə olunduğunu bəyan edib.
Suriyadan xam benzin daşıyan tankerlərin Türkiyəyə qaçırılmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Suriya hakimiyyəti ölkənin cənubundakı Deyr əz-Zor şəhərinin ərazisində Türkiyəyə qaçırılmasına cəhd edilən xeyli miqdarda xam benzinin müsadirə olunduğunu bəyan edib.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, əməliyyat zamanı Türkiyəyə xam benzinin daşınması üçün istifadə edilən tankerlər yararsız vəziyyətə gətirilib.

Suriya rəsmi xəbər agentliyi SANA Deyr əz-Zorun Saavə kəndindən Türkiyəyə xam benzin daşıyan 15 tankerin məhv edildiyini bildirir. Məlumatda xam benzini Türkiyəyə qaçırmağa çalışan və terrorist olduqları iddia edilən xeyli sayda şəxsin ordu birləşmələri tərəfindən öldürüldüyü qeyd edilir.

Həmçinin, Deyr əz-Zor şəhərinin girişindəki Siyasiyyə körpüsünün yaxınlığında şəhər mərkəzinə silah-sursat aparmaq istəyən mühaliflərlə atışmada 8 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti