...

Əflatun Amaşov: Jurnalistlər üçün tikiləcək növbəti binada mənzillərin bölüşdürülməsi zamanı kriteriyalarda müəyyən dəyişikliklər ola bilər

Cəmiyyət Materials 22 İyul 2013 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda jurnalistlər üçün tikiləcək növbəti binada mənzillərin bölüşdürülməsi zamanı kriteriyalarda müəyyən dəyişikliklər ola bilər. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün jurnlistlər üçün yeni tikiləcək binanın əsası qoyulub. Yeni bina bu gün istifadəyə verilmiş binadan böyük olacaq. Bu binaya bir korpus əlavə olunacaq. Binanın 2-2,5 ilə hazır olacağı gözlənilir: "Azərbaycanda bizim müəyyənləşdirdiyimiz kriteriyalara uyğun jurnalistlərin sayı dəfələrlə çoxdur və onlar uzun müddət jurnalistikada çalışıblar. 10, 30, 40 il, hətta 60 ilə yaxın iş stajı olanlar var. Mənzillər hazır olandan sonra biz yenə müəyyən araşdırmalar aparacağıq. Sizin fikirləriniz öyrəniləcək, yeni şərtləri müəyyənləşdirəcəyik. Həmin kriteriyaları mənzillər bölüşdürülərkən açıqlayacağıq. Kriteriyalarda bəlkə də müəyyən dəyişikliklər olacaq. Hələ ki, zamana ehtiyac var".

Ə.Amaşov qeyd edib ki, jurnalistlər üçün tikilən ilk binada mənzil almaq üçün müraciət edənlərin sayı çox idi: "Seçimi elə etdik ki, layiqli insanlar buradan ev alsınlar. Əsas tələblər nədən ibarət idi? Jurnalistikada ,ən azı, 10 il iş stajı olmalı, son iş yerində ən azı 3 il işləməli, onun işlədiyi KİV, ən azı, son 3 ildə fəaliyyət göstərməli idi. Bu gün burada ev alan insanların tam əksəriyyəti redaksiyaların namizədləridir".

Şura sədri bildirib ki, Azərbaycan jurnalistikasında uzun müddət xidmət edən, mənzil şəraitləri kifayət qədər yaxşı olmayan insanlara da bu binadan mənzil verilib. Eyni zamanda, Azərbaycan jurnalistikasında kifayət qədər işləmiş, hazırda həyatda olmayan insanların ailələri - Alı Mustafayevin, Mirzə Əsgərovun, Vahid İmanovun da ailələri mənzil alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti