...

Gənclər Fondu media təmsilçilərini təbrik etmək məqsədilə gənc müxbirlər üçün tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 22 İyul 2013 14:08 (UTC +04:00)
22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Gənclər Fondu media təmsilçilərini təbrik etmək məqsədilə gənc müxbirlər üçün tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Müstəqilliyimizin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Ölkəmizdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.

Bu mühüm gün münasibətilə Azərbaycan Gənclər Fondu media təmsilçilərini təbrik etmək məqsədilə gənc müxbirlər üçün tədbir keçirib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış ediblər. Qonaqları salamlayan Faiq Qürbətov Fondun fəaliyyəti, gələcək planları, media ilə əlaqələri barədə hesabat xarakterli təqdimat keçirib, daha sonra sözü gənclər və idman nazirinin müavini İntiqam Babayevə verib.

İntiqam Babayev media nümayəndələrini təbrik edib, göstərilən informasiya dəstəyinə görə onlara təşəkkür edib.

Sonda bütün mətbuat təmsilçiləri fəxri diplomlarla və hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti