Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir M.Əliyev/
İyulun sonuna kimi Azərbaycan ərazisində mülayim sərin hava şəraiti davam edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, iyulun 27-də Bakı və Abşeron yarımadasında dəyişkən hava şəraiti hökm sürəcək. Hava arabir tululacaq, hava əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə olacaq.
Azərbaycanın rayonlarında bəzi ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlıq rayonlarda gecə 10-15, gündüz 18-23 dərəcə olacaq.
Məlumata görə, bu cür hava şəraiti iqlim normasına yaxındır.