...

Amerika Ticarət Palatası əlil uşaqlar üçün xeyriyyə aksiyası keçirir

Cəmiyyət Materials 26 İyul 2013 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Amerika Ticarət Palatası (AmCham), "World Vision Azərbaycan" və UAFA təşkilatlarının birgə həyata keçirdiyi "Qeyt Kipinq" layihəsində sosial işçilərin və UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən Bakı, Xaçmaz, Siyəzən, Lənkəranda aztəminatlı ailələrdə yaşayan əlilliyi olan uşaqlara 77 ədəd PC planşet, "Deloitte & Touche" şirkəti tərəfindən 10 noutbuk, BESTCOMP tərəfindən 2 stolüstü kompüter, "Azerfon" tərəfindən 10 USB internet modem, "Bakcell" təfərindən 7 USB modem, "Azercell" tərəfindən isə 5 USB modem ianə ediləcək.

Əlilliyi olan uşaqların yaşadığı ailələrə bu kompüterlərdən istifadə həm uşaqlarının vaxtlarını səmərəli keçirməsi, dostlar qazanması və onlarla ünsiyyət, baş verənlərdən məlumatlı olmaq və əlillik haqqında ictimai məlumatlandırma aparmaqla özlərinə qarşı yanlış münasibəti dəyişmək, aidiyyəti dövlət qurumlarından onlar üçün nəzərdə tutulmuş güzəştlər və s. barədə məlumatlar əldə etmək üçün vacibdir.

"AmCham" bu xeyriyyə aksiyasında iştirak edən İKT Komitəsinin üzvlərinə təşəkkür edir və belə tədbirlərin davamlı olmasını arzulayır.

Avadanlıqların bir qismi (15 PC planşet) 29 iyul saat 12:00-da Nizami bərpa mərkəzinə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti