...

Aygün Kazımovanın dələduzluqda ittiham olunan qardaşına hökm oxundu

Cəmiyyət Materials 29 İyul 2013 16:59 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, "Əsgəroğlu-K" MMC-nin direktoru Kazım Kazımov, şirkətin direktoru müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Aygün Kazımovanın dələduzluqda ittiham olunan qardaşına hökm oxundu

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, "Əsgəroğlu-K" MMC-nin direktoru Kazım Kazımov, şirkətin direktoru müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Kazım Kazımov 10 il, Yaqub Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Olqa Valentina 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. Etibar Əkbərov 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli biliniblər. Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov və Yaqub Niyazov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti