...

Türkiyədə pedofillərin kimyəvi axtalanmasına dair qanun qəbul edilə bilər

Cəmiyyət Materials 2 Avqust 2013 10:58
Türkiyə hökuməti pedofillərin kimyəvi axtalanmaya məruz qalacaqlarına dair qanun layihəsini baxılmaq üçün Parlamentə təqdim edə bilər.
Türkiyədə pedofillərin kimyəvi axtalanmasına dair qanun qəbul edilə bilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hökuməti pedofillərin kimyəvi axtalanmaya məruz qalacaqlarına dair qanun layihəsini baxılmaq üçün Parlamentə təqdim edə bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər yayıb.

Nəşr yazır ki, bundan əvvəl Türkiyə Parlamenti iki dəfə oxşar qanun layihələrini rədd edib. Lakin bu dəfə Parlamentin pedofillərin kimyəvi axtalanmasına dair qanunu qəbul edəcəyi gözlənilir.

Bu zaman axtalanma günahı məhkəməinin qərarı ilə sübut edilən şəxslərə tətbiq ediləcək.

Pedofillərin kimyəvi axtalanmasına dair qanun layihəsi Türkiyədə uşaqlara münasibətdə cinsi xarakterli cinayətlərin sayının artması ilə əlaqədar işlənib hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti