...

Bakının bəzi yerlərində yağış yağacaq

Cəmiyyət Materials 2 Avqust 2013 12:46 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında avqustun 3-də temperatur gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.
Bakının bəzi yerlərində yağış yağacaq

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

Sabah Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 3-də temperatur gecə 20-25 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 3-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti