...

"Garant Holding"in iftar aksiyası davam edir (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2013 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

"Garant Holding iftar süfrəsinə dəvət edir" aksiyası davam edir. Dünən, avqustun 4-ü işıqfor və dayanacaqlarda insanlara su və xurma paylanması ilə yanaşı "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında qurulan çadırdan iftar açanlara yüngül yemək təqdim edilib. Yarım saat ərzində 250 insanın qonaq olduğu mərasim holding əməkdaşlarının iştirakı ilə reallaşıb. Bu barədə bazar ertəsi holdinqdən məlumat verilib.

Sözügedən Ramazan aksiyası "Garant Holding"in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb. Bu il aksiya müvafiq qurumların dəstəyi ilə daha da genişlənib. Belə ki, çadırların qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları bu xeyirxah mərasimin keçirilməsində öz dəstəyini əsirgəməyib. Aksiyanın dördüncü günündə "Elmlər Akademiyası" metro stansiyasıyaxınlığında çadırın qurulması "Garant Holding"in Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə səyi nəticəsində ərsəyə gəlib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, icra başçısının müavini Şahin Məmmədov və icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov Ramazan aksiyasının keçirilməsi üçün bütün lazımi tədbirləri böyük ruh yüksəkliyi ilə həyata keçirib.

Yeri gəlmişkən, aksiyanın altıncı günü, yəni avqustun 6-da yenə sözügedən icra hakimiyyətinin dəstəyilə növbəti çadır Nizami metro stansiyası qarşısında qurulacaq. Saat 21:00-dan etibarən iftarını açmağa hazırlaşan hər kəs bu süfrəyə qonaq ola bilər. Bununla yanaşı, aksiya bu gün, şəhərin 10 nöqtəsində işıqfor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək. Həmin nöqtələri diqqətinizə çatdırırıq.

Şirkət

Lokasiya

Garant Holding

R.Behbudov və Bakıxanov küç. kəsişməsi

Qarant Sığorta

C.Cabbarlı 44

Avtomedia

Elmlər Akademiyası

M-Trans

Avtovağzal

Royal Estate

20 Yanvar

Transeurocom

28 Mall avm

Ucar Aqro

Vaqif pr.

Azbentonit

Xırdalan dairəsi

AzPOD

Nərimanov m.

Meridian

Azneft dairəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti