...

Azərbaycanda istehsal olunmuş yüksəkkeyfiyyətli buğdanın tədarükü elan edilib

Cəmiyyət Materials 12 Avqust 2013 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend, müxbir M.Əliyev/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksəkkeyfiyyətli buğdanın tədarükünü elan edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi FHN-dən bildirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün Fövqəladə Hallar Nazirliyinin "Səngəçal" və "Gəncə" Taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "FATOĞLU" MMC, N.Quliyev adına "Bakı-Taxıl" ASC, "Araz ASC" və "Aveta" MMC müəssisələri vasitəsilə cari ilin avqust ayının 12-dən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 220 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbuluna başlayır:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):

buğda üçün -750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə): -13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq 3-cü sinif buğda üçün : - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik

-3-cü sinif buğda üçün - 40-45% hüdudlarında

VII. İyi və dad- bütün bitkilər üfunət, səməni, - yol verilmir

acıyovşan və ya dənli bitkilərə xas olmayan və

onların emalı məhsullarına keçən (kerosin, benzin,

sarımsaq və buna oxşar maddələr) digər iy və dad

VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir

IX. Anbar ziyanvericiləri - yol verilmir

ilə sirayətlənmə bütün bitkilər üçün

X. Digər əlamətlər-bütün bitkilər üçün -yol verilmir

karantin və iqtisadi cəhətdən

təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti