...

Ali məktəblərdə oxumaq istəyənlər üçün son şans

Cəmiyyət Materials 15 Avqust 2013 10:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.

Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti