...

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi tövsiyə edib

Cəmiyyət Materials 16 Avqust 2013 13:10 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi və turizm şirkətlərini bu ölkəyə turist səfərləri təşkil etməməyə çağırıb.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi tövsiyə edib

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi və turizm şirkətlərini bu ölkəyə turist səfərləri təşkil etməməyə çağırıb.

Trend nazirliyin saytına istinadən bildirir ki, Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfərlərinin təşkilini tövsiyə etmir: "Bildiririk ki, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıblar. Xarici turistlərin Misirdə qalması üçün vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti