...

Ermənistana aid əşyaların Azərbaycan bazarına daxil olmasının qarşısı alınıb

Cəmiyyət Materials 17 Avqust 2013 12:31 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi Ermənistan Respublikasına aid 3 adda 156 ədəd müxtəlif əşyalar yandırıb.
Ermənistana aid əşyaların Azərbaycan bazarına daxil olmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi Ermənistan Respublikasına aid 3 adda 156 ədəd müxtəlif əşyalar yandırıb.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən bildirir ki, cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 119 ton kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib. Həmin mallar üzərində istehlak tarixinin olmaması, istehlak müddətinin bitməsi, mənşəyin məlum olmaması, keyfiyyətsiz və ya xarab olması, əmtəə görünüşünün pozulması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi hallara görə buraxılmayıb. Hesabat dövrü ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılan ümumi çəkisi 11 tondan artıq məhsul bır sıra səbəblər əsas götürülərək ayrı-ayrı vaxtlarda məhvetmə komissiyası tərəfindən məhv olunub.

Həmçinin, əxlaq normalarına zidd 186 CD, 3 adda 156 ədəd Ermənistan Respublikasına aid müxtəlif əşyalar da yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti