...

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlərdən tələb olunan sənədlər siyahısına dəyişiklik edildi

Cəmiyyət Materials 19 Avqust 2013 12:00 (UTC +04:00)
Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlərdən tələb olunan sənədlər siyahısına dəyişiklik edilib.
Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlərdən tələb olunan sənədlər siyahısına dəyişiklik edildi

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlərdən tələb olunan sənədlər siyahısına dəyişiklik edilib.

Trend xəbər verir ki, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişiklik edilib.

Nazirlər Kabineti "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə yeni qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"nin 3.10.1-ci yarımbəndində "qeydiyyata alınması haqqında vəsiqə" sözləri "şəxsiyyətini təsdiq edən sənəd" sözləri ilə əvəz edilib.

Bununla bağlı Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, burada söhbət Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilərdən gedir:

"Əvvəllər adıçəkilən Əsasnaməyə görə, Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən xarici vətəndaşlar Daxili İşlər Nazirliyinə digər müvafiq sənədlərlə yanaşı Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəni təqdim edirdilər. Bundan sonra isə onlar da yerli vətəndaşlar kimi öz şəxsiyyət vəsiqələrini təqdim etməli olacaqlar."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti