Azərbaycan, Bakı, 19 avqust /Trend/
İnformasiya Texnologiyaları Universitetinə qəbul olanlar 20 avqustdan etibarən qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər.
Trend-in məlumatına görə, bunun üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 ədəd (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, "məcburi köçkün" statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur.
Qeydiyyatın aparılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətli nümayəndələr təyin edilib.
Qeydiyyat avqustun 29-na qədər davam edəcək.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11)