...

Təhsil Nazirliyi qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri mükafatlandırdı

Cəmiyyət Materials 21 Avqust 2013 15:50 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 6 abituriyent və onların valideynləri ilə görüşüb.
Təhsil Nazirliyi qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri mükafatlandırdı

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 6 abituriyent və onların valideynləri ilə görüşüb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, təhsil naziri ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri əldə etdikləri uğurlara görə təbrik edib, onların gələcəkdə yüksəksəviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib. Abituriyentlərin belə möhtəşəm nailiyyət qazanmasında təhsil aldıqları məktəblərin, müəllimlərin mühüm rolunu qeyd edən nazir xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.

Abituriyentlər təhsil aldıqları məktəblər, müəllimləri və valideynləri haqqında təhsil nazirinə məlumat verib, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Övladlarının əldə etdiyi yüksək uğurlara görə qürur hissi keçirdiklərini söyləyən valideynlər onların seçdikləri ixtisaslara dərindən yiyələnəcəklərinə əminliklərini ifadə ediblər.

Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti