...

"Hyundai" yenilənmiş "Elantra"nı təqdim edib (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2013 15:07 (UTC +04:00)
"Hyundai" yenilənmiş "Elantra"nı ilk dəfə Koreya bazarına təqdim etdi. Bununla, "Hyundai" dünyada ən rəqabətli seqmentdə mövqeyini daha da gücləndirmək istədiyini bildirdi.
"Hyundai" yenilənmiş "Elantra"nı təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

"Hyundai" yenilənmiş "Elantra"nı ilk dəfə Koreya bazarına təqdim etdi. Bununla, "Hyundai" dünyada ən rəqabətli seqmentdə mövqeyini daha da gücləndirmək istədiyini bildirdi. Yeni "Elantra" yenilənmiş dizayn və xüsusiyyətlərlə təqdim olunur. Dizel yanacağının Koreyada populyarlığını nəzərə alaraq, bu ölkə üçün modelin 1.6 dizel mühərriki ilə versiyası da buraxılıb.
Koreyalıların "Avante" kimi tanıdıqları "Elantra" əvvəlkindən 20 mm uzundur. Ön və arxa bamperlər 5 və 15 mm genişləndirilib və avtomobilə daha dayanıqlı görünüş verir. Radiator toru, duman əleyhinə faralar, LED və proyeksiya işıqları yüksək texnoloji görünüşü təmin edir. Yandan baxdıqda, 17 düymlük ikiçalarlı lehimli disklər və xrom haşiyə Elantra-nın premium imicini vurğulayır. Qara, 2 çalarlı arxa bamper, LED kombinasiya faraları bir-biri ilə mükəmməl uyğunlaşıb.

Avtomobilin içərisi "Elantra" sabiblərindən alınan rəylər əsasında yenilənib. Yenilənmə daha çox istifadəyə yararlılıq prinsipinə əsaslanıb: mərkəzi havalandırma yuxarı sürüşdürülüb, on dirsəkaltı yuxarı qalxıb, arxa oturacaqlar üçün havalandırma, 3.5 düymlük OLED ekran, ventilyasiyalı oturacaqlar yeniliklərə nümunədir. Elantra Cəld Parkinqə Yardım Sistemi (SPAS - Smart Parking Assist System) ilə təchiz olunub.

"Elantra"nın ilk nəsli 1990-cı ildə buraxılıb. "Hyundai"ın ən çox satılan kompakt avtomobili sayılır. Buraxıldığı vaxtdan indiyədək dünya üzrə 8.77 milyondan çox "Elantra" satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti