...

Bakıda 196 avtomobil yol hərəkətindən kənarlaşdırılıb

Cəmiyyət Materials 27 Avqust 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/

Nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqustun 1-dən etibarən keçirdiyi "Təmiz hava" aylığı çərçivəsində Bakıda 196 avtomobil yol hərəkətindən kənarlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi tərəfindən "Təmiz hava" aylığı çərçivəsində avtomobil təsərrüfatı müəssisələrində, o cümlədən paytaxtın küçə və prospektləri boyu hərəkətdə olan avtomobillər saxlanılaraq reydlər keçirilib:

"Bu günədək ümumilikdə 3 mindən artıq nəqliyyat vasitəsinə baxış keçirilib. Reydlər zamanı bu günədək 196 avtomobil sürücüsünə inzibati qaydada protokol tərtib edilib. Həmin avtomobillər yol hərəkətindən kənarlaşdırılıb, tərtib edilmiş protokol əsasında hər bir avtomobil sürücüsü 150 manat məbləğində cərimə edilib. Ümumiyyətlə, mühərrikində normadan artıq dəm qazı olan avtomobillərin yol hərəkətində istismarına tərəfimizdən qadağa qoyulacaq. Həmin avtomobil yalnız saz vəziyyətə gətirildikdən sonra istismara buraxılacaq."

Qeyd edək ki, "Təmiz hava" aylığı avqustun 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti