Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/
2013-2014-cü tədris ilində Rusiya və Çinin ali məktəblərində 45 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil alacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni tədris ilində Rusiyanın ali məktəblərində 27, Çinin ali məktəblərində isə 18 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil almaq hüququ əldə edib.
Təhsil Nazirliyində Rusiya və Çinin ali məktəblərində müvafiq ikitərəfli sənədlər əsasında təhsil almaq hüququ qazanmış tələbələrlə görüş keçirilib.
Görüşdə tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə və vətənə qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə töhfə verəcəklərinə əminlik bildirilib.