Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə daxil olan bakalavrların qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar 643 nəfər bakalavrın 416-ı sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçiblər. Qeydiyyat avqustun 19-dan 28-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 643 nəfəri magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.