...

Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırıb

Cəmiyyət Materials 4 Sentyabr 2013 11:13 (UTC +04:00)
Təhsil Nazirliyi ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarına müraciət edib.
Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarına müraciət edib.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin fərmanına əsasən, 2013-cü il 2 sentyabr tarixindən etibarən Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırıb.

Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış hər bir vətəndaş bilavasitə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti