...

“AtaTravel” MMC danimarkalı turistləri Azərbaycanla tanış edib

Cəmiyyət Materials 9 Sentyabr 2013 12:49 (UTC +04:00)
“AtaTravel” MMC-nin təşkilatçılığı ilə Danimarkadan Azərbaycanın paytaxtına turist qrupu gəlib. “AtaTravel” MMC nümayəndələri 4 gün ərzində qrupu Bakı şəhərinin görməli yerlərini, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış ediblər.
“AtaTravel” MMC danimarkalı turistləri Azərbaycanla tanış edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

"AtaTravel" MMC-nin təşkilatçılığı ilə Danimarkadan Azərbaycanın paytaxtına turist qrupu gəlib. "AtaTravel" MMC nümayəndələri 4 gün ərzində qrupu Bakı şəhərinin görməli yerlərini, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış ediblər. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bu səfərin əhəmiyyətini qeyd edərək, bildirib: "Bu, ölkəmizə artan marağın göstəricisi və şirkətimizin uğurlu xarici fəaliyyətinin nəticəsidir. Xüsüsən xarici ölkələrdən gələn gonaqlar üçün Azərbaycan üzrə maraqlı turlar həyata keçirilir və bunlar getdikcə populyarlaşır".

Danimarkadan gəlmiş qonaqlar Odlar Yurdundakı ilk anlardan Bakıdakı möhtəşəm quruculuq işlərinin panoramına, onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalıblar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir. Həmçinin, əlverişli şərtlərlə kreditlə tur-paketlər əldə etmək mümkündür.

"AtaTravel" MMC-nin xidmətləri barədə daha geniş məlumat almaq üçün internetdə http://www.facebook.com/AtaTravelLtd?fref=ts səhifəsinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti